2019-un on dördüncü kitabı Ahmet Altandan “Karanlıkta Sabah Kuşları” oldu. Dekabrın son günlərində tamamladığım e-kitab ilboyu sevərək oxuduqlarımdan oldu. Ahmet Altanın – qələmini sevdiyim yazarlardan birinin – bu kitabı ilə də məni xəyal qırıqlığına düçar etməyəcəyinə əmin idim. Su kimi axıb gedən səhifələr, duyğuyüklü zövq oxşayan yazılar kitabın asanlıqla bitməsinə səbəb oldu.
Ahmet Altan kütləvi informasiya vasitələri arasında keçən həyatına oxucuları cəzb etməyi bacaran ədəbi nümunələr də sığdırıb. Jurnalistlikdən redaktorluğa, aparıcılıqdan yazarlığa keçid edərkən bəzən düşüncələrini azad şəkildə ifadə etdiyi, bəzənsə romanlarında məhrəm mövzulara yer verdiyi üçün daim tənqidə məruz qalıb.
Xüsusilə siyasi görüşləri sayəsində bəzi kitablarının yaranma mühiti barmaqlıqlar arxası olub. Bütün uğurları və uğursuzluqları fonunda mən onu ancaq ədəbiyyat sahəsindəki mövqeyinə görə dəyənləndirəcəyəm. Oxuduğum sətirlər ürəyimdən xəbər verirsə, o yazar mənim üçün artıq özünü isbat etmiş deməkdir. Ahmet Altanla ilk tanışlığım uzun illər əvvələ təsadüf edir. Onu tanımağa “Aldatmak”la başlayıb “İçimizde Bir Yer” ilə davam etdim, bu il isə “Karanlıkta Sabah Kuşları” kitabı ilə yazıçı qəlbimdəki yerini möhürlədi.
“Karanlıkta Sabah Kuşları”da vahid süjet xətti olmasa da, yer verilən hər bir esse özü ayrılıqda bir həyat təsiri bağışlayır. Yazarlardan esseləri oxumağı çox sevirəm, onların daxili aləmi, romana, hekayəyə sığdıra bilmədikləri ani duyğuları, düşüncələri səhifələrdə əks olunur. Bir yazarı ancaq güclü emosiyalar yaradan şeylər esse yazmağa vadar edə bilər deyə düşünürəm. Bu səbəblər bir kitabdan, filmdən tutmuş bir insana, baxışa, illər sonra canlanan xatirəyə qədər hər şey ola bilər. Elə bu kitabda da yazarın müxtəlif mövzularda düşüncələri, yanaşma tərzi ilə yaxından tanış oluruq. Bəzən müxtəlif filmlər, yazarlar, kitablar haqqında yazıları onun zövqünü nümayiş etdirir, yeri gəldikcə isə dünyəvi problemlər, insanlar, duyğular haqqında etiraf etdikləri onun qəlbində gizlətdiklərindən xəbər verir.
Ernest Hemingway, Anton Çehov, Ivan Turgenyev, Katherine Mansfield, Mihail Lermontov, Milan Kundera, Joseph Kessel, Horace McCoy, Jules Verne, Alexandre Dumas, Roger Vailland kimi yazarları xatırlayır yeri gəldikcə, fikirlərini dəstəkləmək üçün onların müxtəlif əsərlərinə müraciət edir. Həm türk, həm də dünya yazıçılarından misallarla təkcə heniş ədəbi zövqə sahib olduğunu isbat etmir, eyni zamanda oxucularına yeni kitab seçimi üçün də müəyyən fikir və ya məsləhət verir Ahmet Altan.
Kitab o qədər dəyərli fikirlərlə zəngindir ki, səhifələr bir-birini əvəzləyərkən gah Ahmet Altanla eyni duyğuları paylaşdığım üçün sevinir, gah hər hansı bir məfhuma qatdığı yeni mənanı duyaraq heyranlığımı ifadə etməyə söz tapmır, gah da heç haqqında düşünmədiyim məsələlər barədə bilgi sahibi olurdum. Bəzən “Kaçınılmaz bir pişmanlık mı hayat?”, deyən yazıçı bəzənsə həyatın sirli olduğunu etiraf edir: "Her kes küçük ya da büyük, önemli ya da önemsiz bir sırdır başkası için. Hayatın neden böyle sır dolu olduğu sorusu isə bütün sırları kapsayan bir başka büyük sır." Ancaq bu yaşamağa məcbur olduğumuz həyatda sabaha ümidlə baxmasaq, gözəl bir şeyin baş verəcəyini gözləməkdən vazkeçsək həyatın necə mənasız olacağını da, yaşlılığın ruhumuzu əsir alacağını da vurğulayır.
Esselərdən bəyəndiyim cümlələrin bir hissəsini qeyd etməklə, sizi bu kitabda nələrin gözlədiyi haqda fikir sahibi etmiş olaram deyə düşünürəm.
“Doğan günden beklediğım birşeyler vardı ve beklediğim birşeyler olduğu sürece yaşlanmayacağımı biliyordum, yaşlanmak beklemekten vazgeçmekti, sabahın yeni bir şey olduğuna inanmamaktı yaşlanmak.”
"Savaşlar, ölümler, ihanetler, kederler yalnızca kitapların içinde olsa, hayat kitapların arkasına çekilse..."
"Milyonlarca defa doğmasına rağmen hiç eskimeyen bir şeydi sabah, her defasında yeniydi, her defasında taze, her defasında kuşlarla geliyor, her defasında beliren aydınlıktan yeni birşeyler ummamızı sağlıyordu. "
"Nereden baraksak bakalım,yaşamakla yaşamı anlamak arasında hep bir çelişki olduğunu göreceğız."
"Yenilmeden galip gelemiyoruz. Her zafer bir yenilginin izini taşıyor derinimizde. Zaferlerimiz kadar da yenilgilerimiz oluyor. "
" Yazılan milyonlarca kitap insan ruhuna bir katre ışık düşürmek için çırpınırken ve biz onları okuyup insanları gözleyip tecrübelerimizi bir-birine ekleyerek bir şeyler anlayıp öğrendik sanırken, birden değıl başkasını kendimizi bile tam anlamadığımızı yüzümüze çarpar gerçekler."
"Hayat çekiciliğini ışığına mı yoksa gölgesine mi borçlu, bildiklerimizden dolayı mı hayata tutkunuz yoksa bilmediklerimiz ve merak ettiklerimiz mi bizi hayatın tutkunu yapıyor? Çözmek istediğimiz ne çok sır var. Ve çözüldü diye sandıkça, çözemediğimizi anladığımız kaç sır. "
Kitabı vərəqlədikcə yazarın necə dolu-dolu uşaqlıq və gənclik keçirdiyini, kitablarla, filmlərlə əhatələndiyini asanlıqla anlamaq olur. Sevgiye, həyata, münasibətə, xəyanətə, musiqiyə və daha bir çox məfhuma dair dərin düşüncələri, ritorik sualları insanı durub düşünməyə vadar edir. Belə düşündürücü sətirlər arasında gəzişdikcə bir də son səhifəyə çatdığını anlayırsan. Geridə dəyərli keçirdiyin vaxt, bir kitabı daha bitirməyin verdiyi sevinc, yeni kitab seçimi üçün həyəcan və kitab haqqında fikirlərini yazmaq üçün səbrsizliklə qarışıq həvəs qalır... Bu müsbət emosiyalarla "“Karanlıkta Sabah Kuşları”nı bitirərkən Ahmet Altana tezliklə yenidən müraciət edəcəyimi düşünür, kitaba isə 4 bal verirəm.