


Filmin nədən bəhs etdiyinə gəldikdə ilk əvvəl bəsit bir detektiv hekayə olduğunu qeyd edim. Ancaq aktyorlar mimikaları, zarafatları ilə izləyicilərə bu sadə hekayəni o qədər gözəl əks etdirir ki, bu səbəbdən bəyənməmək mümkün deyil düşünürəm.
Filmdə Tolga Çevik bir detektivi canlandırır. Etiraf etməliyəm ki, hər zaman olduğu kimi bu obrazın da öhdəsindən ustalıqla gəlib. Bir ögey ananın bu sevimli detektivin yanına gələrək qızını tapmağını ondan xahiş etməsi ilə başlanan hekayə saf xəfiyyənin hər təhlükəni dəf etməyə çalışaraq həyatı bahasına belə olsa qızı axtarmaq cəhdləri ilə davam edir. Bir müddət sonra adı bir qaçırılma məsələsi hər kəsin şübhəli bir hal aldığı mürəkkəb bir problemə çevrilir. Gizlənən sirlər, söylənən yalanlar, oynanılan oyunlar, qurulan tələlər günahkar hesab olunan məsumlar izləyərkən bol enerjili bir macəranın şahidinə çevirir bizləri. Oyunlar pozulub, qaranlıq nüanslar işıqlandıqca filmin gec bitməyini arzulayırdım. Xoşbəxt sonluqla bitən bu komedik macəra vaxtımızı gözəl keçirmək üçün gözəl seçimlərdəndir.

Filmdə Tolga Çeviklə yanaşı Köksal Engör, Mahir İpek, Toprak Sergen, Zeynep Özder, Pelin Körmükçü kimi sevilən aktyorların da rol alması “Sen Kimsin”i daha maraqlı və gülməli edib.
İstanbulun müxtəlif məkanlarında 6 həftə müddətinçəkilən"Sen Kimsin?" bəyəndiyim komediyalardan birinə çevrildi. Xüsusən də Tolga Çevikin performansı unudulmaz oldu mənim üçün. Filmin qurğusu bir qədər zəif olsa da, bu, izləyərkən məni narahat etmədi. Mənasız zarafatlarla zəngin komediyaların əksinə “Sen Kimsin” həm güldürüb, həm də düşündürdüyü üçün zövqümə uyğun oldu. Beləliklə, işdə izləyərkən məni yorğunluqdan uzaqlaşdıran, həftəsonumu boş yerə məhv etməyimə əngəl olan bu komediya bir çox detalı ilə sevgimi qazanaraq məndən 4 bal alır.
02.02.2014 / 06:19 p.m.
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.