15/02/2025 — Əsərlərimin bir çox dillərə tərcümə olunduğunu qeyd etmək üçün (həmçinin növbəti illərdə) bütün tərcüməçilərimdən müsahibə götürmək qərarına gəldim. Çünki onların gördüyü iş çox vaxt az tanıdılır və onlar adətən görünməz olurlar, halbuki xaricdə çıxan istənilən kitab yalnız tərcüməçisi qədər yaxşıdır. Onların sənətkarlığı, inadkarlığı, dil duyğusu, yaradıcılığı və dəqiqliyi kitabın öz ruhunu saxlamasını, ritmin düzgün olmasını, nəsrin oxunmasını, mənanın yerindən tərpənməməsini, mətnin yeknəsək olmamasını təmin edir. Bəxtiniz gətirsə, ən yaxşı halda kitabınız əvvəlkindən də yaxşı olacaq. Mən bəzən özüm də tərcümə etdiyim üçün hər şeyi yaxşı bilirəm: bu, bir müqəddəsin səbrini tələb edən (çox vaxt az maaşlı) bir peşədir, çox vaxt son dərəcə çətin və bəzən sinirləri darmadağın edən olur, lakin tərcümə həm də böyük məmnunluq verə bilər. Və bu peşə və peşənin daşıyıcıları daha çox diqqətə layiqdir.
Budur, tərcüməçiyə hörmət: 12-ci epizodda: Dünyanın müxtəlif ölkələrindən 11 tərcüməçini sizə tanıtdıqdan sonra Azərbaycana, paytaxt Bakıya səfər edib sizi ədəbi tərcüməçi, müəllim, 6 dildən tərcümə edən Anar Rəhimovla baş-başa buraxıram.
“Trophy”ni Azərbaycan dilinə tərcümə edən Anar Rəhimov.
Kitab bu payızda “Alatoran” tərəfindən nəşr olunacaq!
1. Anar, salam. Ədəbi tərcüməçi kimi işləməyə necə başlamısınız?
- Salam Qaea, mən atamın da, anamın da ədəbiyyat və dil müəllimi olduğu bir ailədə böyümüşəm. Əvvəlcə Azərbaycan Dillər Universitetinin filologiya, İngilis ədəbiyyatı fakültəsini, daha sonra Oslo Universitetinin Skandinaviyaşünaslıq fakültəsini (əsas istiqamət - dillər və ədəbiyyatlar üzrə olmaqla) bitirmişəm. Deməliyəm ki, həmişə ədəbiyyatın içində olmuşam. İlk tərcümələrimi rus və ingilis dillərindən etmişəm, lakin onlar heç vaxt çap olunmayıb. Hələ tələbə ikən sadəcə özüm üçün edirdim onları. İlk bədii tərcümə təcrübəm görkəmli norveçli yazıçı Dag Solstadın “Həya və dəyər” əsəri oldu. Osloda universitet illərində ədəbiyyat müəllimimiz Erik hamımıza onu sevdirdi, elə alındı ki, artıq tələbəlik illərimdən məndə bu yazıçıya pərəstiş yarandı. Odur ki, mən bu möhtəşəm əsəri oxucularımıza çatdırmaq arzusuna düşdüm. 2016-cı ildə biz Oslo Universitetində Norveç müəllimi kimi seminarlarda idik və təşkilatçılar bizi başqa elm mərkəzləri ilə bərabər NORLA (Xaricdə Norveç Ədəbiyyatına dəstək) ofislərinə baş çəkməyə apardılar. Orada Toril və Dina adlı iki gözəl, işinə vurğun qadınla tanış oldum. Onların dəstəyi və NORLA-nın proqramının böyük motivasiyası ilə peşəkar səviyyədə bədii tərcümə ilə məşğul olmağa qərar verdim. O gündən deyə bilərəm ki, bədii tərcümə həyatımın ayrılmaz hissəsinə çevrildi.
2. Əsərlərini tərcümə etdiyiniz müəlliflərlə sıx əməkdaşlıq edirsiniz, ya yox? Edirsinizsə, niyə? Sizcə bunun nə kimi üstünlükləri vardır?
- Hmm… Necə deyim? Bəzən birlikdə işləyirəm, bəzən yox. Birgə işləməyi daha çox istərdim, amma bəzi müəlliflər var ki, sorğularıma cavab vermir və ya çox gec cavab verir. Amma eyni zamanda işləyərkən bu və ya digər sözü, ifadəni aydınlaşdırmağa çalışırsan; bu proses mətnlərin keyfiyyətinin yüksəlməsi baxımından yalnız müsbətdir. Misal üçün nəzərə alsaq ki, mən əsərləri Skandinaviya dillərindən, Belçika, Hollandiya dillərindən Azərbaycan dilinə tərcümə edirəm, həqiqətən də semantika, sintaksis və ya sosial-məişət ifadələri baxımından çətinliklər var. Bütün bunları yalnız müəlliflə məsləhətləşmə ilə keyfiyyətli tərcümə etmək olar.
Üstünlüyü ondan ibarətdir ki, siz daha çox məlumatı birinci əldən əldə edə biləsiniz, lakin çatışmazlığı da odur ki, bu zaman müəllifin göstərişləri, şərhləri, məsləhətləri sizin öz azadlığınızı, tərcüməçi kimi yaradıcılığınızı məhdudlaşdıra bilər.
3. Anar, mənim üçün tərcümə kitabı daxildən oxumaq hissidir, bu zaman sən müəllifin beyninin içini görürsən və bununla da mətnə analitik baxmağa çalışırsan. Kitabı tərcümə edə-edə, yenə də ondan həzz ala bilərsinizmi? Tərcümə oxumaq tərzinizi, vərdişinizi dəyişirmi?
- Son vaxtlar bu haqda çox düşünürəm. Kitabın tərcüməsi oxuma tərzinizi mütləq dəyişə bilər. Mən tərcümə edərkən daha çox dilin nüanslarına, cümlə quruluşuna və sözlərin arxasında duran mədəni, sosial kontekstə diqqət yetirirəm. Düzdür, bu, mətnin daha dərindən başa düşülməsinə səbəb ola bilər, lakin bu həm də bütövlükdə hekayədən həzz almağı çətinləşdirə bilər, çünki əsas diqqətinizi tərcümənin mexanikasına, taktikasına yönəldirsiniz. Belə deyim də, kitabı tərcümə etmək, ən azından mənim üçün heç də rahat oxu prosesi deyil. Bu daha çox zövq aldığım bir işdir, amma oxu prosesi deyil. Düşünürəm ki, tərcümə edərkən adam daha çox struktura, çətinliklərə, aktuallığa diqqət yetirir, nəinki adi oxucu kimi mətndən həzz almağa çalışır.
4. Adətən hansı janrda kitabları tərcümə edirsiniz? Hansı müəllifləri tərcümə etməyi daha çox xoşlayırsınız? Bəs mənim kitabım haqqında nə deyə bilərsiniz?
- Əslində mən hər janrda kitabları tərcümə edirəm və deyə bilərəm ki, onlardan eyni dərəcədə zövq alıram. Mən tərcüməçi kimi bir şeyi qeyd edim, bilirsiniz ki, bizim hər dəfə tərcümə etmək üçün kitab seçmək azadlığımız yoxdur. Onları bizim üçün seçmək daha çox nəşriyyatlardan asılıdır. Amma seçim şansım olsa, insan təbiəti, insan psixologiyası, onun seçimləri ilə - qısaca deyim - real insanlar haqqında - gündəlik həyatımda hiss etdiyim, toxunduğum, görə biləcəyim kitablara üstünlük verirəm. Məsələn, İkinci Dünya Müharibəsi haqqında kitabları tərcümə etmək məni sarsıdır və mən o hekayələri daha çox bəyəndiyimi hiss edirəm. Nəhayət, mən daha çox avtofikşn deyilən avtobioqrafik əsərlərdən zövq alıram. Kitabınıza gəldikdə deməliyəm ki, mövzu mənim üçün yeni olsa da diqqətimi çəkmişdi. Mənim üçün ilk bir neçə fəsil mətnə münasibətimin necə olacağı anlamında tamamilə mühüm əhəmiyyət kəsb edir. Belçika ədəbiyyatından Feliks Timmermans, Hendrik Consciense və Annelies Verbekedən sonra sizin kitab mənim üçün olduqca həyəcanverici, yeni bir təcrübə oldu. Onun hər səhifəsindən həzz aldım və bu həzz, maraq bu gərgin (dil baxımından) mətnlə işləmə prosesini mənim üçün asanlaşdırdı.
5. “Qənimət” kitabını tərcümə edərkən nəyi bəyəndiniz və sizi nə narahat etdi?
- Kitabın mərkəzində insan təbiəti, insan zehninin dayanması çox xoşuma gəldi və tərcümə edərkən qəhrəmanınızın daxili baxışını, hisslərini çatdırmaq üçün sözlərlə, ifadələrlə, misallarla oynamağınızı çox bəyəndim. Mətni artıq fəsillərlə yükləməməyiniz də müsbət məqamlardandır. Çox dəqiq və qısa!
Məni narahat edən şey… Hmm, məncə, bəzi hallarda dil nüansları, bəzi ifadələr və mədəni istinadlarla həqiqətən mübarizə aparmalı oldum, bəzən bəzi ifadələrin birbaşa ekvivalentlərini tapmaq mənə demək olar ki, bir saata başa gəldi. Hədəf dildə - Azərbaycan dilində müəyyən anlayışlar ümumiyyətlə mövcud deyildi. Bu səbəbdən bəzi fəsillərdə, xüsusən də yumor, sarkazm və ya rəsmi dildən istifadə etdiyiniz zaman orijinal ton və üslubu saxlamaq mənim üçün böyük problem idi. Və ya Afrikanın fauna və flora təsviri zamanı çəkdiyim çətinlikləri deyə bilərəm.
6. Belə deyim, hansı keçidi, abzası tərcümə edərkən söyüş söydünüz?
- Düşünürəm ki, yuxarıda bu suala cavab verdim. Mən konkret bir abzası qeyd edə biləcəyimi düşünmürəm. Amma bir parçanı mütləq qeyd etməliyəmsə, 5-ci fəsildə bəzi yerləri deyə bilərəm. Bilmirəm niyə, bu fəslin tərcüməsi məni kifayət qədər tərlətdi.
7. Bədii tərcümələriniz zamanı hansı çətin seçimlərlə qarşılaşırsınız və onları necə həll edirsiniz? Sizin üçün ritm və rəng, yoxsa dəqiqlik və məna üstünlük təşkil edir?
- Skandinaviya dillərindən, bəzən də ingiliscədən Azərbaycan dilinə tərcümə edirəm. Dillər və mədəniyyətlər arasındakı ümumi fərq və bəzən kontekstin spesifik təbiəti mənim üçün çağırış ola bilər. Bəzi sosial mənşəli sözlərin, bəzi termin və ya anlayışların Azərbaycan dilində birbaşa qarşılığı olmaya bilər. Bu cür problemlərlə qarşılaşdığım zaman onların mənasını hədəf dildə dəqiq çatdırmaq üçün araşdırmaq və anlamaq üçün əlavə vaxt sərf etməliyəm. Mən adətən ehtiyac olanda müəlliflərlə əlaqə saxlayıram və ya Azərbaycan Dillər Universitetində birgə işlədiyim həmkarlarımın məsləhətinə ehtiyac duyuram. Düzünü desəm, elə hallar olur ki, azərbaycan dilində dəqiq məna yoxdur, onda mən başqa yollar tapıram. Mən sadəcə belə yanaşmanın mədəni və etik baxımdan uyğun və yararlı olduğuna əminəm. Bəli, ritm və rəng və dəqiqlik tamamilə vacibdir. Düşünürəm ki, burda həlledici nüans düzgün balansı tapmaqdır. Əsas və vacib məqsədlərimdən biri mətni üslub baxımından düzgün tərcümə etmək və onun Azərbaycan dilində təbii şəkildə səslənməsini, axıcılığını təmin etməkdir. Ona görə də mənim üçün həm kitab, həm də müəllif haqqında məlumat toplamaq böyük əhəmiyyət kəsb edir iş prosesimdə.
8. Anar, işinizdə hansı tapıntı ilə xüsusilə fəxr etdiniz? Qaçılmaz itki ilə bəs harada qarşılaşdınız? Həmin vaxt necə həll etdiniz? Tərcümə etdiyiniz ən gözəl ədəbi nümunə hansıdır və nəyi heç vaxt tərcümə etmək istəməzdiniz? Bir az bundan danışın.
- Bir neçə mətn var ki, onları ürəyimə çox yaxın hiss edirəm. Mövzulara, janrlara və üsluba görə mən onları başqalarından daha çox sevirəm. “Qənimət” şübhəsiz ki, onlardan biridir. Sevərək tərcümə etdiyim kitabların içində Danimarkalı yazıçı Tove Ditlevsenin “Kopenhagen trilogiyası” kitabını deyə bilərəm. Feliks Timmermansın “Palliter” və Knut Hamsunun “Aclıq” əsərlərinin də adını mütləq çəkməliyəm. Amma düzünü desəm, heç vaxt tərcümə etməyəcəyimi iddia edəcəyim mətn və ya müəllif yoxdur. Hər janrda mən cəlbedici, təsirli, maraqlı bir şey tapıram. Konkret olaraq heç birini ayıra bilmərəm ki, yox, bunu heç vaxt tərcümə etmərəm.
9. İndiyə kimi tərcümə etdiyiniz ən gözəl cümlə hansıdır?
- Qorxaqlar ümidsiz olur, axmaqlar isə yalnış ümidə sahib olur. (Lars Svendsen - Håpets filosofi)
10. Tərcümə edərkən cari dilin həssaslıqlarını, xüsusi nüanslarını nə dərəcədə nəzərə alırsınız? Bu, sizdə açıq şəkildə tələb olunurmu? Sizcə, Azərbaycanlı oxucular həssasdır?
- Düşünürəm ki, bədii tərcüməçilər tərcümə edərkən mütləq cari dil həssaslıqlarını nəzərə almalıdırlar. Dil həmişə dəyişir. Dəyişərkən isə sosial dəyərləri və normaları da özündə əks etdirir. Tərcüməçi bunu nəzərə alaraq tərcümə edərsə, sözsüz ki, mətn hədəf dilə uyğun və hörmətli olacaqdır. Ancaq bunu xüsusilə yeni başlayan tərcüməçilər üçün açıq-aydın tələb kimi qoymağın yaxşı fikir olduğunu düşünmürəm. Bu və ya digər həssaslıqlardan xəbərdar olmaq peşəkar standart kimi qəbul edilə bilər. Gender inkluzivliyi, mədəni nüanslar kimi məsələlər bəzən naşirlər üçün tamamilə vacibdir. Məsələn, son üç ildə işlədiyim hazırkı naşirim məndən köhnəlmiş və ya təhqiredici terminlərdən, açıq-aşkar vulqarlıqdan və s. çəkinməyi xahiş edir. Bilmirəm… Bu mürəkkəb sualdır və “bəli” və ya “yox” cavabı yoxdur. Dəqiq bir şey deyə bilmirəm…
Yaxşı, onda kimi yaxşı tərcüməçi adlandırmaq olar? Kim ki tərcümədə tarazlıq tapır, orijinal mətnə sədaqətlidir, həmin tərcüməçiləri? Və bunu etmək nə dərəcə vacibdir? Konkret dilin hazırkı vəziyyətindən yaxşı xəbərdar olmanız vacibdirmi bu işdə? Tərcümə etdiyiniz dil bu gün oxucularla rezonans doğurmalıdır. Xüsusən daha çox instagram facebook, tiktok və s.-dən təsirlənən oxucularla.
11. Tərcümə hobbidir və ilham məsələsidir, yoxsa peşədir və deməli, peşəkarlıq tələb edən sənətdir?
- Düşünürəm ki, tərcümə mütləq hər ikisi kimi görünə bilər. Zənnimcə, onu sənət adlandırmaq olar, ona görə ki, bu işdə yaradıcılıq tələb olunur, dili dərk etmək, dilin nüanslarını təhlil etmək lazımdır. Amma bu həm də açıq-aşkar peşədir. Çünki bu, bacarıq, təcrübə, xüsusi keyfiyyət tələb edir, Özündə bir neçə nüansı ehtiva edir. İnanıram ki, ikinci cavabı seçməyə meyilli oldum. Xüsusilə ona görə ki, bədii tərcümə zamanı müəyyən mətni və mədəni nüansları başa düşmək tamamilə vacibdir. Qısaca, tərcüməçilər həm dilləri, həm də mədəniyyətləri dərindən başa düşməlidirlər.
12. Anar, siz niyə ədəbi tərcüməçi oldunuz? Yaxşı ədəbi tərcüməçinin xüsusiyyətləri hansılardır sizə görə?
- Hər şeydən öncə ona görə ki, mən həmişə kitabların əhatəsində olmuşam. Mən Galsworthy, Charles Dickens, Lewis Carrol və s.dən tələbə vaxtı bəzi ədəbi tərcümələr etmişdim. Amma müxtəlif mətnləri tərcümə etsəm də, heç vaxt peşəkar, günümün əsas hissəsini işimə həsr etdiyim ədəbi tərcüməçi ola biləcəyimi düşünməmişəm. Əsas ona görə ki, əvvəl məndə iş intizamı deyilən şey yox idi. Mən özümü intizamlı insan hesab etmirəm. Ədəbi tərcüməçi kimi işləməyimin səbəbi Norlada işləyən iki gözəl norveçli qadındır. 10 il əvvəl biz onların ofisinə baş çəkdiyimiz zaman onlarla söhbət o qədər ilhamverici oldu ki, evə qayıdandan bir müddət sonra mən tərcüməçi kimi fəaliyyətə başladım Bu gün də bu müsahibədə bu iki qadının adını çəkib tərcüməçi kariyerama görə onlara təşəkkür edirəm. Dina və Toril, çox sağolun! Onları unutmaram.
Tərcüməçinin yaxşı keyfiyyətlərinə gəlincə, ilk növbədə sədaqət hissi gəlir. Siz həmişə orijinal mətnə sadiq qalmalısınız - istər üslub, istər format, istər ruh baxımından. Müstəqil olaraq bir şey icad etmək və ya yaratmaq hüququnuz yoxdur mənbə mətnlə bağlı. Bu məqamda düşünürəm ki, intizamlı olmaq, dünya ədəbiyyatını yaxşı bilmək mütləq lazımdır. Nəhayət, tərcümədə olan kitabla bağlı ozümüzdə olan bütün müsbət və mənfi hissləri, öncə görmələri bir kənara qoymalıyıq. Bu, tərcümənin keyfiyyətinə mənfi təsir göstərə bilər.
13.Tərcüməni təsvir etmək üçün istifadə etmək istədiyiniz metafora və ya ifadəniz varmı?
- “Tərcümə itirir” ifadəsini daha çox bəyənirəm, çünki bu, bədii tərcümə prosesində bəzi mənaların, emosiyaların və ya mədəni istinadların necə itirildiyini, diqqətdən kənarda qaldığını və ya yanlış təfsir edildiyini, təhrif edildiyini çox yaxşı ifadə edir.
14. Anar, bir sual da verəcəm, amma cavab verməyə məcbur deyilsiniz. Siz nə vaxt / harada / necə tərcümə edirsiniz? (Cavab verməyə borclu deyilsiniz, bir daha təkrar edirəm. Sadəcə olaraq iş yerləri, vərdişlər, iş ritmləri və s. ilə çox maraqlanıram.)
- Problem yoxdur. Mən səhər tezdən işləməyə üstünlük verirəm, o 2-3 saat var ha, uşaqlar yatanda, evdə ölü sükutun hökm sürdüyü vaxtlarda. Bu saatlarda çox təravətli oluram, beynim açıq olur. Diqqəti yayındıran şeylər minimum dərəcədəolmalıdır mənə görə, sonra, fasilələrlə işləmək, işlərkən azad, sərbəst mühitin olması da çox vacibdir. Səhər tezdən, çox vaxt da balkonda tərcümə edərkən xarici dünyanı görməliyəm. Mən tərcümə edərkən günəş, ağaclar, hərəkət edən avtomobillər və ya insanlar mənim üçün ilham mənbəyidir. Bu, tamamilə həlledici faktordur. Mən heç vaxt qapalı ofis sahələrində və ya yeraltı yerlərdə işləməkdən həzz almamışam. Elə yerlərdə sadəcə olaraq, düşünə və təhlil edə bilmirəm. Musiqi yox, musiqi xoşlamıram işləyəndə, bu diqqətimi yayındırır... Yay vaxtı mən əsasən yaxınlıqdakı böyük parkda işləyirəm. Səhərlər tam səssizlik olur və diqqətimi heç nə yayındırmır həmin parkda.

15. Özün haqqında kiçik məlumat da versən yaxşı olar.
- Mən,1984-cü ildə Bakıda, Azərbaycanda kitabxanada anadan olmuşam, çünki qəfil doğulmuşam. Anam və atam ingilis ədəbiyyatı professoru idilər. Uşaqlıqdan məni yalnız kitablar əhatə edirdi və maraqlandırırdı. Əvvəlcə, Azərbaycan Dillər Universitetini, sonra Oslo Universitetini bitirmişəm. Dillərə və ədəbiyyata diqqət yetirməklə. Hazırda Azərbaycan Dillər Universitetində işləyirəm və Norveç dili və ədəbiyyatından dərs deyirəm. Amma daha çox bədii tərcümələrimlə məşğul oluram. Norveç, Danimarka, İsveç, Flaman və Holland dillərindən ədəbiyyat tərcümə edirəm. Mən bədii tərcümə etməyi sevirəm, çox sevirəm, bu iş son on ildə həyatımın ən mühüm və ayrılmaz hissəsi olub. Mən bu prosesdən həzz alıram, çünki bu iş mənə yeni mədəniyyətləri, şəhərləri, həyat tərzini, cəmiyyətləri tanımaq, müxtəlif ölkələrdən keyfiyyətli ədəbiyyatların ilk oxucusu olmaq fürsəti verir. Və eyni zamanda yaşamaq üçün pul qazanıram, özümün və ailəmin yaşayışını təmin edirəm.
Belə…Mənə müsahibə təklifi göndərdiyiniz üçün təşəkkür edirəm, Qaea!
Mən də təşəkkür edirəm, Anar!