Bu gün izlədiyim film haqqında danışım. Nə vaxtdır izləmək istədiyim filmlər siyahısında idi “Dünyanın En Güzel Kokusu”. Bu yaxınlarda artıq ikinci filmin çıxdığını bildikdə nəhayət izləmək qərarına gəldim.
Dünyanın En Güzel Kokusu 2016-cı ildə işıq üzü görmüş romantik dramdır. Baş rollarda Rıza Kocaoğlu və Tuba Ünsalı görürük. Filmin mövzusunu çox bəyəndim. Baş qəhrəmanlarımız Hakan və Derya artık yaşları 30 olsa da hələ də evlənməyə isti münasibət bəsləməyən gənclərdir. İllərdir dost olan ikili hər günü birlikdə, dərdlərini, sevinclərini paylaşaraq keçirirlər. Hakan tək gecəlik münasibətlərin adamı kimi bağlılıqdan, sevməkdən qorxur. O, həyatını mahnı sözləri yazmaqla qazanan “kötü söz yazarı” gözəl şeirləri sevən fərqli görünsə də əsl eşq adamı olan bir kişidir. Dərya isə artıq vaxtının çatdığını düşünüb uşaq istəyən ancaq evlənməkdən qorxan bir qızdır. Bu ikili hələ dostluq həyatına yeni atıldıqları zaman zarafatla bir söz veriblər ki, müəyyən yaşa çatıb evlənməsələr, birlikdə uşaq sahibi olacaqlar.
Belə də olur... Hər şeyi kağız üzərində etdiklərini, evlənib uşaq sahibi olduqdan sonra boşanacaqlarını düşünərək ailə həyatı qururlar. Ailə ilə həyatları dəyişir. Sən demə, onlar “Biz dostuq!” deməklə ancaq özlərini aldadıblar. Etrafdakı hər kəs, dostları onların qəlbində olan gizli duyğuları aralarında ifadə olunmayan münasibətdən hiss edibmiş. Və vaxt gəlib ayrılığa çatanda isə işlər dəyişir. Artıq onlar da bir-birinə etiraf etməsə də, bu sevginin fərqindədir. Sevgi qarşısında isə heç bir müqavilənin gücü dura bilməz.
Buraya qədər hər şey gözəl gəlsə də, sonluq yaxşı bitmir. Dərya öz sağlıq probleminin fərqində olsa da, bunu dünyalar qədər sevdiyi Hakanına etiraf edə bilmir. Baş verə biləcək ehtimalı nəzərə alıb gizli şəkildə özündən sonra qızı Elif Zeyno və həyat yoldaşı üçün videolar çəkməyə başlayır. Və qızını dünyaya gətirdiyi gün gözlənilən ehtimal gerçəkləşir. Dərya dünyada ən dəyər verdiyi iki varlıq üçün onlarla disk qoyaraq həyata gözlərini yumur. Geriyə hər günü sevgi ilə dolu keçən evlilik, dostluq xatirələri və Deryanı tanıdan, unudulmağa qoymayan videolar qalır.
Filmi “Mütləq nəsə baş verməlidir, hər şey bu qədər mükəmməl ola bilməz!” qorxusu ilə izləsəm də, sonluğun bu qədər təsir edəcəyini düşünmürdüm. Göz yaşlarıma hakim ola bilmədiyim filmlərdən biri oldu. Rıza Kocaoğlu ən sevdiyim aktyorlardan biri kimi məni yenə özünə heyran etdi. Bağlılıqdan qorxan sərsəri obrazından sevginin gücü ilə necə ailəcanlı, sadiq həyat yoldaşına çevrildi. Ancaq bunu o qədər gözəl canlandırdı ki, sıxılmadan izlədim filmi.
Dünyanın En Güzel Kokusu 2016-cı ildə işıq üzü görmüş romantik dramdır. Baş rollarda Rıza Kocaoğlu və Tuba Ünsalı görürük. Filmin mövzusunu çox bəyəndim. Baş qəhrəmanlarımız Hakan və Derya artık yaşları 30 olsa da hələ də evlənməyə isti münasibət bəsləməyən gənclərdir. İllərdir dost olan ikili hər günü birlikdə, dərdlərini, sevinclərini paylaşaraq keçirirlər. Hakan tək gecəlik münasibətlərin adamı kimi bağlılıqdan, sevməkdən qorxur. O, həyatını mahnı sözləri yazmaqla qazanan “kötü söz yazarı” gözəl şeirləri sevən fərqli görünsə də əsl eşq adamı olan bir kişidir. Dərya isə artıq vaxtının çatdığını düşünüb uşaq istəyən ancaq evlənməkdən qorxan bir qızdır. Bu ikili hələ dostluq həyatına yeni atıldıqları zaman zarafatla bir söz veriblər ki, müəyyən yaşa çatıb evlənməsələr, birlikdə uşaq sahibi olacaqlar.
Belə də olur... Hər şeyi kağız üzərində etdiklərini, evlənib uşaq sahibi olduqdan sonra boşanacaqlarını düşünərək ailə həyatı qururlar. Ailə ilə həyatları dəyişir. Sən demə, onlar “Biz dostuq!” deməklə ancaq özlərini aldadıblar. Etrafdakı hər kəs, dostları onların qəlbində olan gizli duyğuları aralarında ifadə olunmayan münasibətdən hiss edibmiş. Və vaxt gəlib ayrılığa çatanda isə işlər dəyişir. Artıq onlar da bir-birinə etiraf etməsə də, bu sevginin fərqindədir. Sevgi qarşısında isə heç bir müqavilənin gücü dura bilməz.
Buraya qədər hər şey gözəl gəlsə də, sonluq yaxşı bitmir. Dərya öz sağlıq probleminin fərqində olsa da, bunu dünyalar qədər sevdiyi Hakanına etiraf edə bilmir. Baş verə biləcək ehtimalı nəzərə alıb gizli şəkildə özündən sonra qızı Elif Zeyno və həyat yoldaşı üçün videolar çəkməyə başlayır. Və qızını dünyaya gətirdiyi gün gözlənilən ehtimal gerçəkləşir. Dərya dünyada ən dəyər verdiyi iki varlıq üçün onlarla disk qoyaraq həyata gözlərini yumur. Geriyə hər günü sevgi ilə dolu keçən evlilik, dostluq xatirələri və Deryanı tanıdan, unudulmağa qoymayan videolar qalır.

Tuba Ünsalı güclü aktrisa hesab etməsəm də, onun da ifasını çox bəyəndim. Hələ sonda övladını qucağına almaq üçün hər şeyi fəda etməyə hazır, həyatını riskə atdığını bilə-bilə qızına həyat verməyə razı olan ana obrazı kimi aktrisa məndən müsbət not aldı. İnsan izləyərkən durub bir düşünür. Nələrə sahib olduğunu, nə kimi gözəlliklərin ona Allah tərəfindən bəxş edildiyini və şükür edərək yaşamalı olduğunu... Biz həyatımıza davam edərkən, bəzən şikayətlər edərkən kənarda insanlar üçün sahib olduqlarımızın necə qeyrı-mümkün olduğunu düşünmək belə insanı dəhşətə gətirir. O zaman gözlərimizi yumub sadəcə və sadəcə sahib olduğumuz hər şey üçün Allaha minnətdar olmalıyıq.
Filmin musiqilərini xüsusilə çox sevdim, esas da Kenan Doğulu, Mehmet Erdem və TNK kimi sənətçilərin mahnılarına üstünlük verilməyi çox xoş oldu. Hətta Mehmet Erdeme kiçik rol da verilmişdi. Digər bəyəndiyim detallar filmin şablon mövzudan kənar olması, güclü aktyor heyəti və filmdə kitab təbliğatı idi. Qəhrəmanlarımızı müxtəlif səhnələrdə fərqli kitablar oxuyarkən görürük. Hətta qızları üçün ad seçimini belə məşhur türk şairi Cemal Süreyanın “13 günün mektupları” kitabından seçirlər. Kitabsevərlər üçün ayrı yeri olar deyə düşünürəm bu filmin şeir və kitabla zəngin olması səbəbilə.
Dünyanın En Güzel Kokusu aktyorların özlərini tam göstərə bildiyi unudulmaz səhnələri ilə, mövzusu, musiqiləri, verdiyi mesajlarla qəlbimi fəth edə bildi. Ancaq hadisələrin monoton davam etməsi və sona lap az qalmış hər şeyin aydınlaşması, filmə bir anda canlılıq qatılıb sonra yenidən sakitlik halı bəyənmədiyim tək detal oldu. Film bu səbəbdən məndən 4 bal aldı. Sırada Dünyanın En Güzel Kokusu 2 məni gözləyir. Amma bir şeyi qeyd edim ki, ana olmağa hazırlaşanlar hələ ki bu filmdən uzaq dursun, çünki insanın psixologiyasını alt-üst edir.