14 July, 2014

Kahraman Tazeoğlu – Kıyısızlar

        Bu günlərdə oxuduğum kitab Kahraman Tazeoğlu’dan “Kıyısızlar”dır. Kitaba başladığım ilk dəqiqədən axıb gedən sətirlər məni necə cəzb etdisə, əlimdən qoya bilmədim bu dəyərli ədəbi nümunəni. Oxuduqca Kahraman Tazeoğlu’nun öz sevgi qoxuyan qələmi ilə türk ədəbiyyatına önəmli əsərlər bəxş etməkdə olduğunu daha yaxşı anladım. Səhifələri çevirdikcə “bir sevgi ancaq bu qədər gözəl anladıla bilərdi yalnızlıq pəncərəsindən” deyə düşünürəm. Bir çox kitabda sevginin, istəyin, eşqin – qarşılıqlı duyğuların tərifini oxumuşuq, “Kıyısızlar” isə birtərəfli sevginin, yalnızlığa məhkumluğun ifadəsidir. Hətta bu duyğunu sadəcə ifadə edir deməzdim, o qədər dəqiq sözlərlə tərifini verir ki müəllif, hər gün keçirdiyimiz məlum hissləri oxuyurmuş kimi oluruq.
Mütaliə zamanı bəyəndiyim, özümə daha yaxın hiss etdiyim fikirlərin altından xətt çəkməyi sevən bir oxucu olaraq Kahraman Tazeoğlu’nun kitabları mənim üçün çox özəldir. Düzdür, hələ kitabı yarılamamışam, ancaq o qədər yeni fikirlər, əvəzsiz bənzətmələr kəşf etmişəm ki... Bu tip kitablar daha güclü təsirə malikdir, zənnimcə. Çünki çox zaman adi bir əsəri oxuyarkən sadəcə mütaliədən, hekayədən, obrazlardan zövq alırsan. Kahraman Tazeoğlu kitablarına xas özəllik isə həm oxumaqdan, həm rast gəldiyimiz dərin düşüncələrdən, həm müəllifin qələmindən, həm də bu dərəcədə mükəmməl anladılmış duyğuları yaşayaraq kağıza köçürən yazardan zövq almağımızdır. “Kıyısızlar” hələ ki bu müəllifin tanış olduğum ikinci kitabı olsa da, yazı tərzi, hiss etdikləri ilə heyran edir məni bu yazıçı.
Bəzən elə duyğular yaşayırıq ki, onları ifadə etmək üçün bir sıra vasitələr tapsaq da, yenə də qarşı tərəfə hiss etdirə bilmirik. Ancaq Kahraman Tazeoğlu beynindəki düşüncələri qəlbindəki duyğularla elə sintez edib bəyaz vərəqlərə həkk edir ki, “Ah, bax bu idi ifadə etməyə çalışdığım.” deməkdən uzaq dura bilmirik. Sözlər saf bir bulaq kimi axıb gedir. Cümlələr mükəmməlliyi ilə canlı səhnələr yaradır. Səhifəni nə zaman başlayıb, nə zaman bitirdiyinin fərqinə varmırsan... Bəzən axıcılıq sayəsində saniyələr çəkir, bəzənsə səni xəyallara qərq edərək dəqiqələrcə uzadır sətirlər üzərindəki nəzərini...
Sonda ifadə olunduğu kimi “Kıyısızlar – kaybedenler ve yalnızların kitabıdır. Ve her kaybedenin mutlaka söylemek istediği son bir sözü vardır. “
       Və bu son söz bütün yaşananları ifadə edər, bəzən qarşıdakı üçün dərs mahiyyəti daşıyar, çox zaman isə onu yaralamaq məqsədini... “Kıyısızlar” son söz olaraq söylənə biləcək bütün ehtimalları ehtiva edir. Sözlər sevginin gücünü göstərir, yaraların dərinliyini, kədirin böyüklüyünü... Bəzən sitəm, bəzən yalvarış qoxulu sözlər...
“Gitmeye cesaretsiz, kalmaya yorgun” şüarı ilə verilən üz qabığı da kitabın daxili kimi möhtəşəmdir. Burada yazıçının baxışları kitabda bizi gözləyən hər şeyi ifadə edir. Bunu ancaq kitabı bitirdikdən sonra hiss etdim. Ancaq bu qədər dərin baxışlara və böyük ürəyə sahib biri duyğuları belə əvəzsiz ifadə edə bilər.
     “Kıyısızlar” sadəcə hekayələrdən, sevgi məktublarından ibarət deyil. Eyni zamanda burada Kahraman Tazeoğlu’nun sevgi qoxulu qələmindən tökülən şeirlər və son bölümdə aforizmlər də yer alır. Şeirlər məni yazıları qədər sarsıtmasa da, aralarında bəyəndiklərim oldu. Bu şeirlərdən bir neçə nümunə necə mükəmməl olduqlarını göstərməyə kifayət edər məncə:
Sahte hayallerini süslesem ne çıkar
Sonuçta hayal ürünüydüm işte
Zor zamanında vardım
Aşk zamanında yoktum.
*****
Sonramı düşünmeden
Şimdimi mahvettin
Belki yine kalkardım
Bir elim diğerinden tutardı
Ama senden sonra geleceklerin
Ne suçu vardı.
*****
Madem dikenime katlanmak zor geliyordu
O zaman yapraklarımı neden okşadın?
*****
Sen benim hayata en uzun merhabamdın
Beni kısacık bir elvedaya nasıl sığdırdın?
*****
Bir yalana inanmak içimizdeki tüm gerçekleri öldürür bazen...
*****
Beceriksiz gerçeklere usta yalanlar söylüyorum...
*****
Artık sen değil senden kalan acılar seni hatırlatıyor
Dudaklarımdakı ayrılık şarkısı en çok kalbimi yakıyor.
Yıkılmadığımı sanman için 
Sana, bana da iyi gelebilecek
Yalanlar söylüyorum.
Bazen gerçekler 
Yalanlardan daha beceriksizdir
Artık bunu çok iyi biliyorum.
        Yazıların daha çox sarsıtdığını qeyd etməyim heç də məcazi mənada deyildi. Yaşanmış hekayələr, sevgi, kədər, həsrət, ümid, inam o qədər canlı qeyd olunub ki, insana dərindən təsir edir. Və sonda... sonda elə yazılar var ki... duyğusuz bir insanın belə onları oxuyarkən laqeyd qalmağı qeyri-mümkün olar. Necə kitabın unudulmaz bir bölümü olur və hər gözün sataşanda bu hissəni xatırlayırsan, əsəri yaddaşına həkk edən pik nöqtəsi rolunu oynayır, elə bu son yazılar da hər zaman “Kıyısızlar”ı gördüyüm zaman ilk xatırlayacağım detal olacaq.
      “Kıyısızlar” yalnızca sevgini, kədəri, şikayəti, yalvarışı, peşmanlıq hissini duyduğum gözəl yazıları, eşq qoxulu şeirləri ilə qəlbimi fəth etmədi, eləcə də, kitabın bir insanın xatirə dəftərini xatırladan dizaynı, uzun zaman əvvəl yazılmış və təzəcə aşkar edilmiş məktublar effekti yaratması mənim üçün çox özəl bir kitaba çevrilməsinə səbəb oldu.
    Son olaraq, hər kəsə oxumağı məsləhət gördüyüm bu kitab sizə təkcə zövqlü anlar yaradaraq, güclü təsir edərək özünü sevdirməyəcək, həm də özəl bir insanı, möhtəşəm bir yazarı tanıdacaq. Kahraman Tazeoğlu’nu şəxsən tanımadan belə onun daxilinə bələd olmaq mümkündür “Kıyısızlar”sayəsində.
Sevərək oxuduğum və asanlıqla 5 bal verdiyim kitabdan sizin üçün  seçdiklərim:

  • Hep karşı kıyıda kalmak, yine de kadere isyan etmemektir karşılıksız sevmek. 
  • “Kimse benim kadar karşılıksız sevmeyecek ve kimse benim kadar bensiz bırakmayacak seni. Ben hep aynı şarkıyı dinliyorum, belki bir gün farkına varmam diye...
  • Seni sevmek bir şiiri kumlara yazmaktı silineceğini bile-bile. Silindi ve gitti her şey seninle... 
  • Yarım kalan masalımızın “bir yokmuş”u olma. Sonlar bende bu kadar aşikarken, beni sebeplerle yorma. 
  • Susarak büyüttüm bendeki varlığını... Anlatarak tüketemem. 
  • Ne dünümde kalacak bir anısın, ne yarınımın mutlu yanısın. 
  • Saniyelerden kocaman bir gelecek kurmaya çalıştım bize... Senden hayaller kurup içimdeki denizlerde yüzdürdüm. 
  • Keşke seninle ayrı dünyalarda yaşayan iki aynı olsaydık. Oysa şimdi, sadece aynı dünyada yaşayan iki ayrıyız. 
  • İçimde kelimeler bağırırken, dilim sessizdeydi yine. 
  • Sensizlik, önce dünyanın iki kişiden ibaret olmadığını öğretiyor insana, sonra o kalabalıkta seni aramayı. Bulmak için değil, yaşamak için... Tutunmak için... 
  • Şunu da çok iyi bil sevgili; önemli olan bir kalpte iz olarak mı, yoksa leke olarak mı kaldığımızdır. 
  • Unutulmak bir şey kaybettirmez, unutulmazlık bir şey kazandırmamışsa eğer... 
  • Kendi yalnızlığı içinde ölmemek için başkalarında yaşayanlar, yaşamadığının farkında olmayan ölülerdir. 
  • Aşk, kendisine yalan söylemesidir insanın. Öyle büyük yalanlar söyledin ki kendine, kendin olmaktan daha çok yabancılaştın içine. 
  • Bir ayazın koynunda temmuz beklemek neyse, öyle bekledim seni. Ama sen, hiç beklemediğim bir mevsimde çıkıp geldin. Bir tesadüf değildi bu aslında. Çünkü sen benim rastladığım değil, aradığımdın! Yıllarımın ayracı oldu gelişin. Senden önce ve senden sonra diye ikiye ayırdım hayatımı. 
  • Aşk, yaşayarak öğrendiğimiz, ama asla ezberleyemediğimiz bir duygudur. 
  • Çünkü aşkta eşıtlik yoktur, birliktelik vardır. İki eşit eşit sevemez bir-birini. Bir taraf mutlaka ya eksik kalır, ya fazla gelir. 
  • Aşka en büyük ihanet, sonu ne olacaksa olsun onu hiç yaşamadan bitirmektir. 
  • Seninle en büyük ortak yanımız da buydu zaten. Sen de, ben de seni seviyorduk. Hoşça kal. Geç kaldım, yalnızlığım bekliyor. 
  • Yalnızlığım; parmaklarımı sayıp sayıp, kendimi kalabalık hissettiğim... 
  • Sağır edecek kadar çok sessizlik verdin zaten. Ben de seni dile gelmemiş kelimelere bırakıyorum. 
  • Herkes, kendi yalnızlığını seçtiği için ben bu kadar yalnızım. Ve yalnızlık, yaşamla ölüm arasında seçim yapamayanların çaresidir! 
  • Ey kalabalıklardan kaçışlarımın yenik yorgunlukları, beni yalnızlığa biriktiren o yarin adı alın yazımın imla hatasıdır, bilin! Yalnızsam düzeltin. 
  • Bir mağlubiyetin zaferini yaşayarak, o ’nu şu sözlerimle göndermiştim hayatımdan: “Hala peşinden koşuyorsam, bu senin beni yenişin değil, benim kendimi mağlup edişimdir. Hoşça kal. 
  • Aşk güzeldi, tek taraflı yaşanmasa... Aşk sürerdi, bir ömür içinden çıkılmasa. 
  • Aşk her şeydir ama her şey aşk değildir. 
  • Bir-birimize geç kalmamak için hep kendimizi erteliyoruz. İkimizden bir “biz” yaratabilmek adına kendimizi eksiltip, “biz”e bizler ekliyoruz. Sonra “Neden hep bir şeyler yarım” diye bir-birimize soruyoruz. 
  • Kalabalık bir yalnızlığım var hep. Bu kalabalığımı gelip sevsen ne çıkar bugün; dünümdeki yalnızlığa sahip çıkmadıktan sonra... 
  • Şansa ihtiyacın kalmadığında ayağına gelen şans, şanssızlıktır. 
  • Herkes kendi derdindeydi... Ben, senin... Cehennemine yağan kar tanesi bile olmaya razıydım. O kadar hazırdım sana aldanmaya. 
  • Yalnızlığa düşen karlar, en çok kendini üşütür. 
  • Önce merak eder öğrenirsin, sonra öğrendiğini unutmaya çalışırsın. Ama unutulmaz işte... zamanla, yalanla gerçeğin uyumuna dönüşür aşk. 
  • Sana söylemek için biriktirdiklerim, sen aklımdayken unuttuklarımdı. 
  • Biz, bir-birimizi yaralarından tanırız. Acılarımızı gülümseyerek sararız. Adamın halinden adam anlar. Bak kimsem yok, herkesim çok... Gel de benim her şeyim ol. 
  • Anladım ki, içimde bu kadar fazla olman, benim eksikliğimdenmiş. 
  • Seni sana emanet etmek isterdim ama inan ben daha iyi bakarım sana... Yokken bile yanımda... 
  • Yarım kalmadı aslında bu aşk, tam ortasından bitirildi. Ellerine veda etmek, mutluluğu feda etmekti. Kendimi de seninle kaybetmek adına yaptım bunu. O kadar kaybettim ki beni, seni unutacak kadar özledim kendimi. 
  • İçinde birikenleri anlatmak istersin. Anlatmak “Beni ne olur anla” yalvarışının bahanesidir aslında. İnsan anlaşılmak ister, sonra da yeniden sevilmek. 
  • Aşık olmakla sevmeyi bilmek aynı şey değildir. Bazen, seviyorum demek bir ömre yetmez, bazen de bir ömür sevmeye... 
  • Hayat bize hayallerimiz yıkıldığında, “Hayal kırıklığı işte” deyip geçmeyi öğretti de gerçeklerimiz yıkıldığında ne yapacağımızı öğretmedi. Bu hayat dediğim anlatırken çok uzun da yaşarken çok kısa işte. 
  • Ve insanları benzerlikler buluşturur, farklılıklar ayırır, bil sevgili! Bunca özlediğimsin işte, bunca benzerliğin üzerini örttüğü bunca farklılığa rağmen... 
  • Ama bu şehirde bir yanlışlık var, hiç bir sokağında yoksun!= 
  • Var olan gerçek şu ki; ben gittim, sen kaldın. Biraz aşkta, biraz geride, en çok da bende. İzlerin hep var. Giderken geriye bakılmaz. Geriye bakılmışsa o gitmek olmaz. 
  • Bilirim; varacağın yeri zorlaştıran aradaki menzil değil, geride bıraktıklarınla aranda giderek açılan mesafedir. Ve gitmek çok yavaş öldüren bir zehirdir. 
  • Adını anmadan özlüyorum seni. Yenildim sayılmaz yani... Gururumu incitmeden ve senin haberin olmadan, peşinden sessizce sürüklenmeyi hak görüyorum kendime. 
  • Keşke, kalbime düşürdüğün lekelerini gözyaşımla yıkamama izin verseydin. Ellerindeki kir, utanırdı belki hayatımı karartan izlerinden. 
  • Kalbimi çal diye kapısını aralarken ben, sen kapımı çalıp kalbimi açık bıraktın. Söyle, neden hoş gelmedin de güle güle gittin? 
  • Kendime olan güvenim bile sende kaldı. Bu yüzden insanları hep kandıracağım. Yarın seni daha çok unutmuş gibi yapacağım. Ben kalırım; yeter ki sen “Hoşça kal” de... Çünkü yarın bugünümden daha sahte olacağım. 
  • Yokluğunu bile seviyorum yar, çünkü o bile sen olduğun için var. 
  • Sen benim aşk sebebimken, neden ben senin ayrılık bahanenim? Bu kadar çok ayrılık sığdırabildiğimiz bir ömre aşk neden büyük geliyor? 
  • Giderken ağız alışkanlığıyla “Görüşürüz” demiştin ya... Ben hala o sözün nöbetini tutuyorum. 
  • Yokluğun beni bu kadar öldürürken, varlığın neden yaşatmıyor? Bana bunca çektirirken, affetmek neden hala dilimin ucunda hazır bekliyor? Sen, bildiklerini yapıyorsun ve mutlusun ama ben yapamadıklarımı biliyorum ve mutsuzum. 
  • Nerede görülmüş sessizliğin kelimeleri onardığı? Sen konuşunca kadehler sarhoş olurdu dudaklarından. İki göz dolusu gülerdin. Ve sessizce giderdin, aşkın saati ayrılığı vurunca... Sensizlikte günler bir-birinin taklidi. 
  • Geçmiş, artık yalnızca hatırda kalan bir şeye dönüşmüşse gerçekten geçmiştir. 
  • Hayat beni sensizken çok eziyor; kime başlasam seninle bitiyor, kimi bitirsem sana benziyor. 
  • Belki seni affetmem bir kez daha... Belki yeniden sevebilirim seni unutturacak herşeyi... Ama yine de saklardım hatıranı. Bıraktığın elimi kendim bile tutmazdım kendimle aldatırım diye seni. 
  • Gerçek yalnızlık kendi içinde “Yalnızlık zor değil, hepsi geçecek” diyecek bir başka sen’i bile yaşatamamaktır. 
  • Ve sana son bir tavsiye: /Mutluluğunda seninle olanları değil, ağladığında sana sarılanları seç. Bak onlar hala benim yanımda. Unuttum kimlerle güldüğümü, birlikte ağladıklarım aklımda. 
  • Yaklaşan sessizliğimi hissedebiliyor musun? Hiç sordun mu kendine: Kelimeler susarken ne anlama gelir? 
  • Bana gözlerini kapatarak bak. Eğer yüzümü görüyorsan, karanlıkta kaybolmuşluğumun sebebini de anlayacaksın. 
  • GİTTİN! Bak bir masal nasıl sığıyor bir kelimeye... 
  • Gelecek dediğimiz şey, bugün olmayı bekleyen yarınlarmış; her şeyini geçmişe gömenler gelecekten bir şey bekleme hakkını da yitirirlermiş... 
  • Mutluluk acılardan önce yaşanmışsa, tadında eksik bir şeyler var demektir. Rabbim bizi kolay elde edilen mutluluklardan korusun. 
  • Mutlu etmeyi mutlu olmaya tercih eden insanın işidir aslında fedakarlık. Bir yoktan iki var etmektir. 
  • Mutlu olmayı istemek en masum bencilliktir. 
  • Hayat bir acıyı bitirmek için çok uzun, bir aşkı öğrenmek için ise çok kısadır. 
  • Hayatı anlamak, geriye doğru bakmak kadar kolay, onu yaşamak geriye bakarken ileriye gitmek kadar zordur. 
  • Sessizliğin şifrelerini çözmeyi bilmiyordur daha kulaklar. Aşk öğretir! 
  • Oturup zamanı izlerler fotoğraflardan... Ve bazı karelerin hatalarını keserler. 
  • Renkli kağıtlara sarılı yalanlarla kandırıyorsan seni, şarkılar hep başa sarıyorsa kendini, uykular onlu, günler onsuzsa, yaşadığına değmişse yaşamadıkların, iskelelerinden sökülmüş vapurlar gibi kopmuşsan hayattan ve ismi akıyorsa gözlerinden... Bırak her şey bitsin. Artık bir yitiksin. 
  • Ellerinin dokunduğu kitapları öpüp başıma koyuyorum her sabah. Gözlerin değdiği için, basitken güzelleşen kelimeleri ezberliyorum. Ayraç diye fotoğrafını kullanıyorum... Her sayfayı bir-birinden ayırıyor ama beni sana daha çok bağlıyor. 
  • Yokluğun, senden sonra başıma gelen en büyük yalnızlıktır. 
  • Kadınlar, mantığıyla yapamadıklarını duygularıyla başarır. 
  • Ben kendimi sen sanıyorken, sen kendini ne sanıyorsun? 
  • Dün bugünsüzlükten, bugün yarınsızlıktan, yarın sensizlikten sorumlu. 
  • Aşk, sorun yaşamamak değil, beraberce çözebilmektir. 
  • Anahtar güven verir... Ta ki bir kapı üzerinde unutulana dek...

26 March, 2014

Victor Hugo – Notre Dame’in Kamburu

 Nəhayət ilin ilk kitabını bitirdim. Dünya klassiklərindən biri... Notre Dame de Paris...
      İlk olaraq kitabı oxuyarkən fərqli hisslər keçirdiyimi qeyd etməliyəm. Belə ki, əvvəlcə xəyal etdiyim kimi maraqlı başlamasa da, bir müddət sonra həvəslə oxuduğum bir əsərə çevrildi. Sonlara doğru isə hekayənin necə bitəcəyini öyrənməyə can atdığım üçün kitabı su kimi içdim desəm düzgün ifadə etmiş olaram yəqin ki. Həqiqətən bir çox özəlliyi ilə seçilən gözəl əsərdir "Notre Dame de Paris". Oxuduqca Victor Hugo ismini dünyada məşhurlaşdıran, bir çox dillərə tərcümə olunaraq "ən sevilən klassik əsərlər" səviyyəsinə yüksələn bu kitaba aşıq olmamaq mümkün deyil.
      Notre Dame’in Kamburu Victor Hugo’nun 1831-ci ildə yazdığı ən sevilən əsərlərindən biridir. Romanda Fransanın krallıq dövründəki vəziyyəti, insanlarının həyatları, yaşayışı ustaqlıqla təsvir olunur. Bütün bu ümumi məsələlər fonunda isə əlbəttə romantik yazarlara xas özəlliklə məhəbbət yüksək mərtəbəyə qaldırılır. Əsər qarşılıqlı sevgiyə rast gəlmədiyimiz, insanların sadəcə öz mənfəətləri, arzuları üçün yaşadıqları, sadəcə özlərini düşünərək addımladıqları bir dövrdə heç bir ümid gözləmədən, necə qarşılıqsız sevməyin mümkün olduğunu gözlərimiz qarşısına sərir. Romanda hər detalı ilə mükəmməl olan bir insanın daxilən necə boş və çirkin, qüsurlarla doğulan, hər kəsin qorxu ilə yanaşdığı birinin isə necə mükəmməl, saf qəlbə sahib biri ola biləcəyinin şahidi oluruq.
Kitab obrazlarla zəngin olsa da, bitirdiyim zaman oxuyarkən çox şey öyrəndiyim bir neçə obrazı daha yaxşı xatırlayırdım. Quasimodo – sevdiyinə verdiyi dəyərlə, onun
üçün bir an belə tərəddüd etmədən özünü təhlükəyə atması ilə, Claude Frollo – həyatda düzgün yol seçməsinə rəğmən hisslərinə məğlub olub uçuruma doğru sürüklənməsi ilə, Phoebus de Chateaupers – üstün cəhətlərinin fərqində olaraq özünü hər kəsdən fərqləndirməsi, istədiyi insanla oyuncaq kimi oynaması, arzularını digərlərinin duyğularından daha üstün görməsi ilə, Esmeralda – sevgisinə hər zaman sadiq qalması, ən çətin, ümidsiz anlarında belə həyatını xilas etmək üçün ondan üz döndərməməsi ilə, Pierre Gringore – şairlik qabiliyyəti haqqında yüksək fikirdə olsa da, öz mənfəətini hər şeydən əvvəl düşünsə də, kiçik şeylərdəki dərin gözəlliyi duymaq, gizli mənanı anlamaq bacarığı ilə əsla unutmayacağım qəhrəmanlardan oldular.
      Əsər detallı təsvirlərlə zəngin olsa da, oxucunu darıxdırmır, dialoqlar kimi şəhərin, məkanların, insanların təsvirləri də axıb gedir mütaliə zamanı. Kitabı sevməyimdə uğurlu tərcümənin rolunu da mütləq qeyd etməliyəm. Fransaya xas özəlliklərin türk dilində ən uyğun ifadələrlə verilməsi təqdirəlayiqdir. Tamamlanması 6 ay çəkmiş bu romanın niyə bu qədər sevildiyini, müəllifinin şöhrətinə şöhrət qatdığını asanlıqla anlamaq mümkündür oxuduqca. Axıcı dili, dərin anlamlar ifadə etməsi, oxuyucunu özəl bir sehrlə cəzb etməsi, unudulmaz qəhrəmanları, tarixin müəyyən dövründə fransızların yaşayış tərzi, həyatları, duyğu və düşüncələri haqqında geniş məlumat əhatə etməsi ilə "Notre Dame’in Kamburu" həqiqətən bir şahəsərdir. Müxtəlif dövrlərdə çəkilən filmlər, videolar, hazırlanan musiqili tamaşalar da bunu bir daha sübut edir.
                                                                         
      Victor Hugo’nun bu dünyaşöhrətli romanı oxuma müddətim uzun olsa belə həvəslə bitirdiyim və sevdiyim kitablar sırasında yerini aldı. Sonluğu gözlədiyim kimi olmasa da, yazıla biləcək ən təsirli nəticə ilə yenə məni valeh etməyi bacardı. Dünya klassiklərinə müraciət edən hər kəsin ilk sıralarda oxumağını məsləhət gördüyüm bu kitab asanlıqla 5 bal aldı məndən.

26.03.2014     /     00:48 a.m.
                                                       

25 March, 2014

Anlat İstanbuL

 Son zamanlar kitab oxumaqda yavaşlasam da, film izləmə sürətim olduğu kimi qalıb. :) Bu dəfəki seçimim “Anlat İstanbul” adlı türk filmi oldu. Bu seçimimdə rol oynayan başlıca amil filmin güclü aktyor heyəti oldu. Ancaq gözlədiyimi tapa bilmədim desəm yerində olar. Bu qədər usta isimlərə rəğmən film müsbət rəyimi qazana bilmədi. Həm mövzu, həm də çəkiliş baxımında sönük bir layihə təsiri bağışladı mənə.
İlk olaraq filmin mövzusundan bəhs edim, sonra diqqətimi çəkən məqamlara toxunaram.
       “Anlat İstanbul” ilk dəfə izləyici qarşısına 2005-ci il martın 11i çıxıb. Araşdırdığım zaman filmi mənim kimi bəyənməyənlər olsa da, sevənlərin daha çox olduğunu müşahidə etdim. Hətta bir neçə mükafata belə layiq görülməsi təəccübümə səbəb oldu. İstanbul Film Festivalında “En İyi Film” mükafatını əldə edən “Anlat İstanbul”, həmçinin iki dəfə “En İyi Kadın Oyuncu” və “Umutveren Erkek Oyuncu” mükafatlarını da alıb.
Film 5 rejissorun birgə fəaliyyəti əsasında çəkilib. 5 fərqli nağılı bu qədim şəhərə daşıyan 5 fərqli rejissor... Əslində idaya maraqlıdır, sadəcə əməkdaşlıq zəif olub deyə düşünürəm. Masallara uzaq biri kimi  filmdə təkcə bir obrazdan başqa heç kimi nağıl qəhrəmanına bənzədə bilmədim. :))  Bu layihədə eyni zamanda 5 həyat hekayəsi cərəyan edir və ortaq obrazlarla bir-biri ilə əlaqələnir. 
        İstifadə olunan nağıllar - Fareli Köyün Kavalcısı (Pied Piper), Pamuk Prenses (Snow White), Külkedisi (Cinderella), Uyuyan Güzel (Sleeping Beauty), Kırmızı Başlıklı Kız (Little Red Riding Hood (Little Red Cap) - sayəsində filmdə qədimi, nağıllara xas sehrli atmosfer yaratmaq istənilib, eyni zamanda obrazlar bir qədər müasirləşdirilərək, dəyişikliyə məruz qalaraq indiki İstanbulun sakinlərinə bənzədilib.
         O məsumluğun duyulduğu masallar xəyanət , ehtiras, yalan, riyakarlıq, qorxu, şübhə, təhdid, qəddarlıq dolu həyat hekayələrinə çevrilib. Hər nağıl ayrı bir rejissorun təqdimatında çıxır qarşımıza və bəzi obrazlar vasitəsilə bir-birinə bağlanır. İstanbulun fərqli məkanlarında lentə alınan və 99 dəqiqə davam edən “Anlat İstanbul” daha çox məşhur oyuncu heyəti ilə diqqəti cəlb edir. Altan Erkekli, Erkan Can, Çetin Tekindor, Fikret Kuşkan, Mehmet Günsür, Nejat İşler, Ahmet Mümtaz Taylan, Nürgül Yeşilçay, İsmail Hacıoğlu, Özgü Namal... İzləyərkən bu cür isimlərin necə belə bəsit filmdə oynamağa razılıq verdiyini düşünürdüm. Bəlkə də bu 5’lik layihəsinə dəstək olmaq istəyiblər. Bu ustaların güclü filmlərdə, seriallarda rol aldığına şahid olan hər kəs onları bu sönük filmə yaraşdırmaz haqlı olaraq. İzləyərkən ən çox duyğulandığım Nejat İşlerin səhnələri oldu. Həqiqətən bu aktyor üçün, onun səsi, mimikaları, rola özündən bir şeylər qatması üçün darıxdığımı hiss etdim. 9 yaşlı bu film sanki bu usta isimlərin illər ərzində necə dəyişdiyini də göstərir izləyicilərə.
                İstanbulu gözlərimiz qarşısında hər detalı ilə - sabahı, gecəsi, insanları ilə açan filmi bu cəhətdən bəyənsəm də, yarımçıq qalan hekayələri, sönük səhnələri, bəzi aktyorlarının zəifliyi filmə uyğunlaşa bilməyimə mane oldu. Film əlaqəli 5 nağıldan ibarət layihə kimi təqdim olunsa da, mənə əlaqələndirilməyə çalışılan 5 yarımçıq ideya təsiri bağışladı. 7 cücədən biri olmasaydı mən nağıllarla heç bir bağlılıq olduğunu düşünməzdim belə. :) Azra Akının zəif oyunculuğu isə tam bir xəyal qırıqlığı oldu.
      Rəğbətimi qazanan detallara geldikdə İstanbulun açıq sərgilənməsi ilə yanaşı son nağılın dünyaya gözlərini açmadan canına qıyılmış bir uşağın dilindən danışılması olduğunu qeyd edə bilərəm. Ananın övladı hər an yanındaymış kimi davranması həqiqətən təqdirəlayiq ideyalardan biri idi. Nejat İşlərə isə rolunun heç yaraşmadığını vurğulamalıyam. Onu həmişə təmizqəlbli, sevgidolu, ağır xarakterli bir obraz kimi görməyə öyrəşmişəm. Ancaq bu obrazın da öhdəsindən müvəffəqiyyətlə gəldiyini fəxrlə etiraf etməliyəm.
        Filmin sonu isə əksər türk filmlərinə xas olaraq nəticəsiz quru şəkildə çəkilib. “Anlat İstanbul” mükafatlarına, izləyənlərin tərif dolu rəylərinə rəğmən mənim sevmədiyim filmlərdən biri oldu və sadəcə 2 bal aldı.



25.03.2014      /     07:37 p.m.

23 March, 2014

The Double

     Uzun müddətdir sevimli aktyorumdan yeni bir film izləmirdim. Ona görə də işdən sonra yorğunluğumu atmaq üçün tərəddüdsüz bir Topher Grace filmi seçdim. “The Double” uzun zamandır izləməyi planlaşdırdığım filmlərdən biri idi. Və nəhayət izləmə şansı əldə etdim.. “The Double” elə ilk dəqiqədən etibarən məni necə bağladısa özünə, 98 dəqiqə sirlərlə dolu bir dünyanın dərinliklərində hiss etdim özümü.
         Baş rollarında Topher Grace və Richard Gere’i gördüyümüz bu casus filmi 2011-ci il oktyabrın 28i izləyicilərə təqdim olunub. Film haqqında yazılanları oxuyarkən daha çox tənqid edildiyinə şahid oldum. Əksinə mənim bəyəndiyim layihələrdən biri oldu. Doğrudur, bəzi səhnələr daha canlı, daha həyəcanverici çəkilə bilərdi, ancaq sırf bu cəhətə görə filmi zəif adlandırmaq haqsızlıq olar. Sonda yer alan bəzi sönük səhnələri çıxmaq şərtilə yüksək sürətlə, həyəcanla, hərəkətli şəkildə davam edən bu film Topher Grace’in uğurlu işlərindən biridir deyə düşünürəm.
        Mövzusu sadə görünsə də, əslində isə qarmaqarışıq olan bu filmin bəyəndiyim cəhətlərinin ilk sıralarında haqqında danışılan məsələnin son ana qədər sirr kimi saxlanılmaması oldu. Qaranlıq məqam tezliklə işıqlansa da, sonluq izləyicinin gözlədiyi kimi olmur. Bu detal ilə də film daha maraqlı və fərqli görünür.
           Aktyorların məharətlə rollarının öhdəsindən gəlməsi, adrenalini bol, hərəkətli, həyəcanlı səhnələrin yaranmasına səbəb olub. Filmin mövzusuna gəldikdə, qısaca qeyd edim ki, burada əsl kimliklərini gizli saxlayan iki casusdan bəhs olunur. Uzun zamandır öldüyünə inanılan “Cassius” adlı qatil Amerika senatorlarından birinin öldürülməsi ilə yenidən gündəmə gəlir. Cinayətin yalnızca bu qatilə məxsus metodla – boğazın kəsilməsi ilə törədilməsi onun ölümü ilə bağlı şübhələr doğurur. Bu işin açılması üçün təqaüddə olan əməliyyatçı Paul Shepherdson və keçmiş Sovet kəşfiyyatçısı kimi tanınan “Cassius” işi üzrə ekspert olan gənc polis casusu Ben Geary cəlb olunur. Filmin əvvəlindən Paul şübhəli davranışları ilə, həvəsli olan Beni işdən uzaqlaşdırmaq üçün əlindən gələni edərək qəribə görünür. Əməliyyata başlayan bu ikili “Cassius” haqqında məlumatlar toplamağa başlayarkən eyni metodla törədilən cinayətlər də artmağa üz qoyur. Beləliklə işində usta olan Ben getdikcə Pauldan şübhələnir. Paralel olaraq öz tədqiqatına başlayır. Paul isə öz növbəsində bir tədbir görərək, şübhələri üzərindən çəkmək üçün hal-hazırda Amerikada olan rus terroristi Buzlovskinin “Cassius” olduğunu iddia edir. Bu iddia ilə barışmayan Ben tədqiqatı nəticəsində gərçəyi öyrənir; nəinki Paulun “Cassius” olduğundan əmin olur, eyni zamanda onun cinayətlər törətməsinin kökündə Buzlovskinin başçılığı ilə təşkil olunan həyat yoldaşı və övladının qətlində əli olan şəxslərin olduğunu aşkarlayır.

        Sonda isə Benin də həqiqi kimliyi aşkarlanır. Paul onun əslində rus casusu olduğunu və işini bitirdikdən sonra geri qayıdacağını müəyyən edir. Benin həayatını xilas edərək öz vurulmasına göz yumur, ancaq əzəli düşməni Buzlovskini öldürüb intiqamını almış olur.
         Sirlər isə sadəcə bu iki casusa aydın olur. Benin sirrini “Cassius” ölərək gizli saxlayır. Paulun sirri isə Benin ona olan borcunu ödəyərək “Cassius”un Buzlovski olduğunu isbat etməsi ilə gizli qalır. Son səhnədə isə Benin ölkəsinə qayıtmaqdan vazkeçib ailəsinin yanına gəldiyinin şahidi oluruq.
         “The Double” həyəcan dolu səhnələri, örtülü qalan sirləri, uğurlu strategiyaları ilə olduğu kimi, duyğusal anları ilə də yaddaşımda qalacaq. Bu gözəl film sayəsində dəyərli vaxt keçirməklə yanaşı, sevimli aktyorumu yeni bir obrazla yenidən kəşf etdim. Beləliklə, “The Double” bir çox özəlliyi ilə sevgimi qazana bildi, Topher Grace filmoqrafiyasının uğurlu layihələri arasında yerini aldı və sevə-sevə 5 bal verdiyim kinolardan birinə çevrildi.

02 February, 2014

Sen Kimsin?

 2013-cü ilin izlədiyim son filmi “Sen Kimsin” oldu. Baş rolda həm sənətini, həm də xarakterini çox sevdiyim aktyor – Tolga Çeviki görürük. Filmi izləmə səbəbim də elə bu aktyor oldu desəm daha doğru olar. Artıq bir neçə ildir ki,  bu istedadlı insan hər zaman maraqla izlədiyim, tərərddüdsüz bəyənəcəyimdən əmin olduğum işlərə imza atır. “Sen Kimsin”i izlədiyim zaman da düşüncəmdə yanılmadığımı gördüm.
Tolga Çevikin həm ssenarisini yazıb, həm də baş rolda oynadığı bu komediya 2012-ci il mart ayının 2-də tamaşaçı qarşısına çıxıb. 105 dəqiqə davam edən bu filmin sizi hər saniyəsində güldürəcəyinə əmin ola bilərsiniz. Film başlayarkən hekayə çox sadə görünsə də, bir anda hər şey qarmaqarışıq hal alır. Bu qarışıq yumağı açmaq isə əsas qəhrəmanımızın vəzifəsidir.
       “Sen Kimsin” filmi haqqında izləyənlərin fikirləri ilə tanış olarkən tənqidlərin çox olduğunu gördüm. “Celal ilə Ceren” filmini izləyib bəyənib, gülən insanların bu film haqqında zəif deməsi mənə çox qəribə gəldi doğrusu. Hər halda hər kəsin zarafat anlayışı da intellektual səviyyəsi kimi fərqlidir.
      Filmin nədən bəhs etdiyinə gəldikdə ilk əvvəl bəsit bir detektiv hekayə olduğunu qeyd edim. Ancaq aktyorlar mimikaları, zarafatları ilə izləyicilərə bu sadə hekayəni o qədər gözəl əks etdirir ki, bu səbəbdən bəyənməmək mümkün deyil düşünürəm.
      Filmdə Tolga Çevik bir detektivi canlandırır. Etiraf etməliyəm ki, hər zaman olduğu kimi bu obrazın da öhdəsindən ustalıqla gəlib. Bir ögey ananın bu sevimli detektivin yanına gələrək qızını tapmağını ondan xahiş etməsi ilə başlanan hekayə saf xəfiyyənin hər təhlükəni dəf etməyə çalışaraq həyatı bahasına belə olsa qızı axtarmaq cəhdləri ilə davam edir. Bir müddət sonra adı bir qaçırılma məsələsi hər kəsin şübhəli bir hal aldığı mürəkkəb bir problemə çevrilir. Gizlənən sirlər, söylənən yalanlar, oynanılan oyunlar, qurulan tələlər günahkar hesab olunan məsumlar izləyərkən bol enerjili bir macəranın şahidinə çevirir bizləri. Oyunlar pozulub, qaranlıq nüanslar işıqlandıqca filmin gec bitməyini arzulayırdım. Xoşbəxt sonluqla bitən bu komedik macəra vaxtımızı gözəl keçirmək üçün gözəl seçimlərdəndir.
                    


      Filmdə Tolga Çeviklə yanaşı Köksal Engör, Mahir İpek, Toprak Sergen, Zeynep Özder, Pelin Körmükçü kimi sevilən aktyorların da rol alması “Sen Kimsin”i daha maraqlı və gülməli edib.
      İstanbulun müxtəlif məkanlarında 6 həftə müddətinçəkilən"Sen Kimsin?" bəyəndiyim komediyalardan birinə çevrildi. Xüsusən də Tolga Çevikin performansı unudulmaz oldu mənim üçün. Filmin qurğusu bir qədər zəif olsa da, bu, izləyərkən məni narahat etmədi. Mənasız zarafatlarla zəngin komediyaların əksinə “Sen Kimsin” həm güldürüb, həm də düşündürdüyü üçün zövqümə uyğun oldu. Beləliklə, işdə izləyərkən məni yorğunluqdan uzaqlaşdıran, həftəsonumu boş yerə məhv etməyimə əngəl olan bu komediya bir çox detalı ilə sevgimi qazanaraq məndən 4 bal alır.
02.02.2014      /     06:19 p.m.

26 January, 2014

Elxan Elatlı – İtmiş Qızın Axtarışı

       2013-cü ilin son Elxan Elatlı kitabını da beləcə bitirdim. İlin final seçimi yenidən detektiv bir əsər - “İtmiş Qızın Axtarışı” oldu. Həcmcə kiçik olsa da çox şey ifadə edir sevilən yazarın bu əsəri də. Kitab 2 hekayə və bir povestdən ibarətdir. Detektiv yazıçının qələminin izinin hər səhifədən duyulduğu bu əsər vaxtınızı dəyərli keçirmək, həm mütaliə edib, həm də düşünmək üçün uğurlu seçimdir.
         Kitabın daxilindəkilərdən qısaca bəhs edim sizlərə. “Uşaq Oğruları” adlı hekayəsində sevimlimiz Qara Xəfiyyə oğurlanan qızı uğurla reallaşdırdığı plan sayəsində tapır, “Faktlar Onun Əleyhinədir” hekayəsində isə kənddə baş verən qüsursuz şəkildə qurulan cinayətin sirli pərdəsini aralayaraq ümidini itirmiş günahsız insanlara kömək olur. Kitabda daha çox bəyəndiyim hissə isə adının götürüldüyü “İtmiş Qızın Axtarışı” povesti oldu. Burada da yenə Qanbay Qasımlının səbrlə, təmkinlə qurduğu plan sayəsində bütün acı gerçəklərin üstü açılır və məxfi iş hər zaman olduğu kimi məşhur xəfiyyənin qələbəsi ilə bitir.
          Digər 2 hekayə adi hadisələrdən bəhs etsə də, povest mürəkkəbliyi ilə, fərqliliyi ilə seçilərək zövqümə daha çox uyğun oldu. Ağlıma gətirməyəcəyim bir sonluqla bitən əsər qarışıq duyğular yaratdı məndə. Həyatda əgər ən yaxın hesab etdiklərimizə belə güvənə bilməyəcəksək, necə başa vura bilərik bu yaşamı? İnsan ən sevdiyinə belə bir pisliyi edərkən vicdanı nə qədər səssiz qala bilər?
           Mükəmməl qurulmuş süjet xətti ilə zövq verən kitab hadisələrin açılması ilə sevinc-kədər qarışıq hisslər oyadır oxucuda. Hər zaman Qanbay Qasımlının iştirakı ilə olan kitabları xüsusi bir həvəslə başlayıram oxumağa. “İtmiş Qızın Axtarışı” da belə kitablardan biri oldu. Zövq alaraq oxuduğum Elxan Elatlı əsərlərindən birinə çevrildi.
          Sevgini, xəyanəti, dostluğu, sevinci, kədəri, qorxunu, şübhəni, inamı, xəyal qırıqlığını bir də bu müəllifin qələmindən oxumaq fərqli bir duyğudur. Son olaraq bunu da qeyd etməliyəm ki, hər yeni kitabını oxuduqca Elxan Elatlı marağını itirmir mənim üçün. Əksinə onun dəsti-xəttinə, dünyagörüşünə, təxəyyülünə marağım və heyranlığım daha da artır.
        “İtmiş Qızın Axtarışı” sona qədər intizarda saxlayan mövzusu, maraqlı hekayələri ilə bəyəndiyim detektiv kitablar sırasında öz yerini tutdu. Ancaq məni digər Elxan Elatlı əsərləri kimi heyran edə bilmədiyi üçün sadəcə 3 bal aldı.

26.01.2014 / 05.47 p.m.

30 December, 2013

Kenan Doğulu Konseri 07.12.2013



07.12.2013 İlin ən unudulmaz günlərindən birinə çevrildi Kenan Doğulu sayəsində. Artıq 2 ildən bir qədər keçmişdi ki, bu möhtəşəm səsi canlı eşitmirdim.  Kenan Doğulu'nu hər zaman dinləsəm də, ona sevgimin ilk konsertinə getdiyim zaman daha da artdığını etiraf etməliyəm. Sənətinə vurğunluğu ilə, getdiyi hər ölkədə izləyiciləri heyran etmək bacarığı ilə, mahnılarına canlı ifa zamanı qatdığı əvəzsiz incəliklərlə, sevənlərinə qarşı səmimi münasibəti ilə bir çox müğənnilərdən seçilir. Elə bütün bu xüsusiyyətlərinə görə Kenan Doğulu nə zaman şəhərimiz qonağı olursa, konsert zalı fanatları ilə dolub-daşır. Bu dəfə də ənənə davam edirdi. Heydər Əliyev adına saray bu özəl səsi sevən izləyicilərlə tamamilə dolmuşdu.
        Qeyd edim ki, Kenan Doğulu Bakımızın qonağı olacağını eşitdiyim zaman biletini almağa tərəddüd etmədiyim ifaçılardan biridir. Professional qrupla işlərini davam etdirən Kenan konsert cədvəlini dəqiqliklə əvvəlcədən planlaşdırdığı üçün bizim bəzi yalan konsert reklamlarına baxmayaraq  onun konsertinə bileti ürəklə almaq olar. :)  Dəqiqləşdirmək məqsədilə isə onu sosial mediadan izləyib haqqındakı son məlumatları əldə edə bilərsiniz.
        İndi isə keçək o möhtəşəm konsert gününə. Yorucu iş günümün ardından istirahət edib, vaxtımı əyləncəli keçirmək üçün bu konsertdən uğurlu variant ola bilməzdi.
        2013-ün sayılı gözəl günlərindən biri desəm dəqiq ifadə etmiş olaram 7 dekabrı. Konsert qeyd edildiyi vaxtdan bir qədər gec başlasa da, az sonra bizi nələrin gözlədiyini təxmin etdiyimiz üçün gözləməyə dəyərdi. Və nəhayət hər kəsin dörd gözlə gözlədiyi an... Kenan səhnədə göründüyü zaman alqışlar zalı bürüdü. Konsertin sonunadək alqış səslərinin susmaması hər kəsin bu mükəmməl konsert barədə mənimlə eyni fikirdə olduğunu göstərir. ;)
       Kenan Doğulu o əvəzsiz səsi, möhtəşəm mahnıları, professional səhnə performansı, istedadlı musiqi qrupu ilə tamaşaçılara bir daha sevdirdi özünü. Səmimiliyin, istiliyin, sevginin ən son sıradan belə asanlıqla hiss olunduğu gözəl bir konsert oldu. Bol mahnılı, imzalı, şəkilli, əyləncə dolu, unudulmaz saatlar yaşadıq Kenan Doğulu sayəsində. Onun Şeytan tüyü, Aşk oyunu, Aşk kokusu, Ara beni lütfen, Kalp kalbe karşı, Baş harfi ben, Pamuk, Güzeller içinden, Ben güzelden anlarım, Çakkıdı, Aşka türlü şeyler, Bal gibi, Doktor, Şans meleğim, Rüzgar, Kandırdım, Yaparım bilirsin, Bunlar da geçer, Tutamıyorum zamanı, Kız sana hayran, Hiç bana sordun mu? və Sorma mahnılarını bir də canlı-canlı dinləmək həqiqətən özəl idi. Səsin, sənətin, əməyin, eşqin, bağlılığın hər anında duyulduğu bu konsertin uzun müddət yaddaşımdan silinməyəcəyinə əminəm.
         Sonda onu da qeyd edim ki, bu möhtəşəm konsert üçün yerli kanallarımızdan birində hazırlanan xəbər həqiqətən utancverici idi. “Kenan Doğulu Azərbaycan izləyicisini yola verdi.” fikri ilə tamamlanan xəbər sadəcə konserte gedə bilməyənlər üçün təsəlli ola bilərdi. Ancaq düşünürəm ki, musiqidən anlamayan, yalnızca bizim “star”larımızın konsertlərini bəyənənlərin hazırladığı xəbər videosu bundan artıq ola bilməzdi təəssüf ki. Bu mənasız xəbər uzağı bir həftəyə unudulacaq, amma konsertdə iştirak edənlər o zövqlü saatları, o musiqi ziyafətini çətin ki unutsun.
        Və unudulmaz konsert macəram belə bitdi. İnşallah tezləklə yeni bir konsert proqramı ilə qonağımız olar bu mükəmməl səs.

30.12.2013     /     9.55 p.m.    

10 November, 2013

Sabahattin Ali – Kürk Mantolu Madonna

 Uzun zamandır oxumağı planlaşdırdığım kitablardan biri idi “Kürk Mantolu Madonna”. Hər zaman sosial şəbəkələrdə tərif atəşinə tutulduğunun şahidi olduğum üçün www.kitapyurdu.com ‘dan sifariş etmişdim bir müddət əvvəl. Qısa zamanda rəfimdə yerini alsa da, yalnızca bir neçə ay sonra oxumaq fürsəti əldə etdim.
     Elə Sabahattin Ali ilə ilk tanışlığım da “Kürk Mantolu Madonna” vasitəsilə oldu. Bu yazıçı kitablarının özünəməxsus dizaynı ilə diqqətimi cəlb etdi. Digər əsərləri haqqında məlumat axtardığım zaman onun hər kitabının üz qabığında öz şəklinin olduğunu müəyyən etdim. “Sadə görüntü ilə dərinlik ehtiva edən kitablar müəllifi” deyə bilərəm ona.
      Müəllif ilk əvvəl “Kürk Mantolu Madonna”nı “Hakikat” qəzetində “Büyük Hikaye” adı ilə oxuculara təqdim etməyə başlayıb. 1943-cü ildə isə roman olaraq işıq üzü görüb bu dəyərli əsər. Kitab haqqında onu qeyd edə bilərəm ki, saf bir eşqin fonunda böyük fikirlər ifadə olunub bu romanda. Bir insanın daxili dünyası, düşüncələri və hissləri arasındakı tərəddüdləri, sevgiyə münasibəti, həyata küskünlüyü ancaq bu qədər mükəmməl təsvir edilə bilərdi. Xoşbəxt sonluqla bitməyən əsərləri sevməsəm belə “Kürk Mantolu Madonna” yaratdığı duyğularla, hiss etdirdikləri ilə qəlbimi fəth etməyi bacardı.
      Əsərin başlanğıcdan fərqli istiqamətdə irəliləməsi və bəhs olunan hər şeyin Raif Efendi və Maria Puder sevgisinin ifadəsi üçün istifadə olunan vasitələr olması xüsusilə bəyəndiyim nüanslardan oldu. Oxuduqca əsər mənə elə təsir bağışladı ki, sanki çevrilən hər səhifə, ötülüb keçilən hər sətir bu böyük sevgini, onun özəlliyini oxucuya anlatmaq üçün bir vəzifə öhdəsinə götürmüşdü. Sabahattin Ali düşüncə tərzi, sadə yazı üslubu ilə sevdiyim yazarlar sırasına daxil oldu. Sonda kitabı vərəqləyərkən karandaşla qeyd etdiyim bir xeyli sətirlərin gözümə çarpması həm əsər, həm də yazıçı haqqında müəyyən bir fikrin formalaşmasına kifayət edər deyə düşünürəm.
      Kiçik bir tablo böyük bir həyata həm dəyər qata, həm də onu məhv edə bilərmi? Baş qəhrəmanımız üçün həyatda əvəzsiz olan tək insanı ona bəxş edən qiymətli bir rəsm əsəri olsa da, mənə görə onun məhvinin, başlanğıcı bir göz qırpımında keçən xoş günlərin müqabilində həyata küskünlük bəxş edən bir incəsənət nümunəsi idi o cəlbedici tablo. Həqiqətən, qəlbin dərinliyində yatan, bir gün mütləq reallaşacağına inanılan arzuların əldə olmayan səbəblərdən puç olması necə də qorxuncdur. Sabaha oyanmaq, həyata davam etmək üçün heç bir stimulu qalmayan insan yalnızca ömrünü başa vurmaq arzusu ilə açır gözlərini. Anidən başlayan və bütün ömrə həkk olunan bir sevgi və əsla onun üstünü örtməyə qadir olmayan ailə və gündəlik qayğılar. Yazarın da dediyi kimi “Bir hayatı baştan aşağı dolduracak kadar zengin olan hatıralar, böyle kısa bir zamana sıkıştırıldıkları için hakikattekinden daha canlı, daha tesirliydiler. “
Oxuyarkən bütün bu hisslər zərif tellərlə qəlbinizə toxunacaq.. Elə bu səbəbdən də “Kürk Mantolu Madonna” təsiri uzun müddət keçməyən dəyərli əsərlərdəndir.
      Son olaraq əsərdə bəyəndiyim fikirlərdən bəzilərini sizinlə paylaşıram. Bu sətirlər kitab haqqında müəyyən qədər də olsa təsəvvür yaradacaq sizlərdə.
  • Fakat insanlar nedense daha ziyade ne bulacaklarını tahmin ettikleri şeyleri araştırmayı tercih ediyorlar. Dibinde bir ejderhanın yaşadığı bilinen bir kuyuya inecek bir kahraman bulmak, muhakkak ki, dibinde ne olduğu hiç bilinmeyen bir kuyuya inmek cesaretini gösterecek bir insan bulmaktan daha kolaydır.
  • Bütün teessürlerimiz, inkisarlarımız, hiddetlerimiz, karşımıza çıkan hadiselerin anlaşılmadık, beklenmedik taraflarınadır. Her şeye hazır bulunan ve kimden ne geleceğini bilen bir insanı sarsmak mümkün müdür?
  • İnsanlar bir-birlerini tanımanın ne kadar güç olduğunu bildikleri için bu zahmetli işe teşebbüs etmektense, körler gibi rasgele dolaşmayı ve ancak çarpıştıkça bir-birlerinin mevcudiyetinden haberdar olmayı tercih ediyorlar.
  • Dünyanın en basit, en zavallı, hatta en ahmak adamı bile, insanı hayretten hayrete düşürecek ne müthiş ve karışık bir ruha maliktir! Niçin bunu anlamaktan bu kadar kaçıyor ve insan dedikleri mahluku anlaşılması ve hakkında hüküm verilmesi en kolay şeylerden biri zannediyoruz? Niçin ilk defa gördüğümüz bir peynirin evsafı hakkında söz söylemekten kaçtığımız halde ilk rast geldiğimiz insan hakkında son kararımızı verip gönül rahatıyla öteye geçiveriyoruz?
  • İçimde, bir yolculukta tanışıp alıştığım, fakat pek çabuk ayrılmaya mecbur olduğum bir insana veda eder gibi bir his vardı. İnsanlar, birbirlerinden hiçbir şey anlamayan insanlar, beni buradan da kaçırıyorlardı.
  • Bir insanın diğer bir insanı, hemen hemen hiç bir şey yapmadan, bu kadar mesut etmesi nasıl mümkün oluyordu? Ahbapça bir selam ve temiz bir gülüş.. Ve ben bu anda başka hiçbir şey istemiyordum. Dünyanın en zengin adamıydım.
  • Zaten küçüklüğümden beri saadeti israf etmekten korkar, bir kısmını ilerisi için saklamak isterdim… Bu hal gerçi bir çok fırsatları kaçırmama sebep olurdu, fakat fazlasını isteyerek talihimi ürkütmekten her zaman çekinirdim.
  • Ne kuzuların ağzından vahşi kurt dişlerinin sırıttığını gördüm…
  • Bir kitabı okurken geçen iki saatin ömrümün bir çok senelerinden daha dolu, daha ehemiyyetli olduğunu fark edince insan hayatının ürkütücü hiçliğini düşünür ve yeis içinde kalırdım.
  • Muhakkak ki bütün insanların birer ruhu vardı, ama birçoğu bunun farkında değildi ve gene farkında olmadan geldikleri yere gideceklerdi. Bir ruh, ancak bir benzerini bulduğu zaman ve bize, bizim aklımıza, hesaplarımıza danışmaya bile lüzum görmeden, meydana çıkıyordu… Biz ancak o zaman sahiden yaşamaya, -ruhumuzla yaşamaya- başlıyorduk.
  • Yeni başlayan hafif bir yağmur suyun tüylerini diken-diken ediyordu.
  • Başkasına merhamet etmek, ondan daha kuvvetli olduğunu zannetmektir ki, ne kendimizi bu kadar büyük, ne de başkalarını bizden daha zavallı görmeye hakkımız yoktur…
  • Ruhlarımız için en lüzumlu, en kıymetli olan şeyleri birbirimizde bukduktan sonra diğer teferrüatı görmemezlikten gelmek, daha doğrusu büyük bir hakiket için küçük hakiketleri feda etmek, daha insanca ve daha insaflı olmaz mıydı?
  • Hoş tutulan bir oyuncak olmak, onlara insan olmaktan daha kolay ve cazip geliyordu.
  • Bu gecenin hadiseleri, onlara hatıralarımla bile dokunmaktan ürkecek kadar kıymetliydiler.
  • Benim fikrimce aşk diye ayrı, mücerret bir mefhum yoktu. İnsanlar arasında çeşit-çeşit kendini gösteren bütün sevgiler, sempatiler bir nevi aşktı. Yalnız yerine göre isim ve şekil değiştiriyorlardı. Kadınla erkek arasındakı sevgiye hakiki ismini vermemek bir nevi kendimizi aldatmaktan başka bir şey değildi.
  • Aşk büsbütün başka, bizim tahlil edemediğimiz öyle bir histir ki, nereden geldiğini bilmediğimiz gibi, günün birinde nereye kaçıp gittiğini de bilmeyiz. Halbuki arkadaşlık devamlıdır ve anlaşmaya bağlıdır. Nasıl başladığını gösterebilir ve bozulursa bunun sebeplerini tahlil edebiliriz. Aşka girmeyen şey ise tahlildir.
  • İçinde hakikaten sevmek kabiliyeti olan bir insan hiçbir zaman bu sevgiyi bir kişiye inhisar ettiremez ve kimseden de böyle yapmasını bekleyemez. Ne kadar çok insanı seversek, asıl sevdiğimiz bir tek kişiyi de o kadar çok ve kuvvetli severiz. Aşk dağıldıkça azalan bir şey değildir.
  • Benim beklediğim aşk başka! O, bütün mantıkların dışında, tarifi imkansız ve mahiyeti bilinmeyen bir şey. Sevmek ve hoşlanmak başka, istemek, bütün ruhuyla, bütün vücuduyla, her şeyiyle istemek başka… Aşk bence bu istemektir. Mukavemet edilmez bir istemek!
  • Sevgiyi dışarıdan birdenbire gelen bir şey zannetmek doğru değildir. O, içimizde zaten mevcut olan hislerin bizi şaşırtacak kadar şiddetlenivermesinden ibarettir.
  • Yılbaşının senenin diğer günlerinden ne farkı var sanki? Tabiat onu herhangi bir şekilde ayırmış mı? Ömrümüzden bir sene geçtiğini göstermesi bile o kadar mühim değil; çünki ömrümüzü senelere ayırmak da insanların uydurması… İnsan ömrü doğumdan ölüme kadar uzanan tek bir yoldan ibarettir ve bunun üzerinde yapılan her türlü taksimat sunidir…
  • Demek ki, insanlar bir-birine ancak muayyen bir hadde kadar yaklaşabiliyorlar ve ondan sonra, daha fazla sokulmak için atılan her adım daha çok uzaklaştırıyor.
  • Bu akşam anladım ki, bir insan diğer bir insana bazen hayata bağlandığından çok daha kuvvetli bağlarla sarılabilirmiş.
  • Hayat ancak bir kere oynanan bir kumardır, ben onu kaybettim. İkinci defa oynayamam…
  • Hayatımızın birtakım ehemiyyetsiz teferruatın oyuncağı olduğunu, çünki asıl hayatın teferruattan ibaret bulunduğunu görüyordum. Bizim mantığımızla hayatın mantığı asla birbirine uymuyordu.
     Sabahattin Ali haqqında fikrimin formalaşmasına yardımçı olan bu dəyərli kitab sadəliyi, dərinliyi, təkrarsızlığı, dolğunluğu, bir sözlə, hər detalı ilə zövqümə uyğun olub məndən asanlıqla 5 bal aldı...

10.11.2013     /     03:57 a.m.